×
A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə siqaretlərin ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn 2 ədəd "Mercedes-Benz" və "Volvo FH 12" markalı nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4200 ədəd müxtəlif markalı siqaret aşkar edilib.
Hər üç faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-09-14 14:59:00