×
A
A
A
Sazlamalar

Qəbələ rayon sakinindən müvafiq sənədləri olmayan silah-sursat aşkarlanaraq götürülüb

Bakı, 14 sentyabr, AZƏRTAC 

Polis əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Şərifovdan müvafiq sənədləri olmayan “TOZ-16” və “TOZ-32” markalı tüfənglər, 16 patron, 1 patron kəməri və 4 ədəd giliz götürülüb.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları sentyabrın 11-də Mahmudçala adlanan ərazidə qanunsuz ov edən B.Teymurovu saxlayıblar. Həmin şəxsdə müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

Hadisə 2020-09-14 14:39:00