×
A
A
A
Sazlamalar

Sabirabad rayon sakininin həyətyanı sahəsindən çətənə kolları və iki kiloqrama yaxın marixuana götürülüb

Bakı, 14 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yaxadəllək kənd sakini əvvəllər məhkum olunmuş R.Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 50 çətənə kolu və 1 kiloqram 941 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla əlaqədar təhqiqat aparılır.

Hadisə 2020-09-14 13:57:00