×
A
A
A
Sazlamalar

Axtarışda olan şəxs saxlanılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı və Abşeron Rayon Polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan N.Musayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxsin doqquz nəfərin mobil telefonlarını oğurlaması da müəyyənləşdirilib.

Hadisə 2020-09-14 13:53:00