×
A
A
A
Sazlamalar

Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 12 sentyabr, AZƏRTAC
Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami rayonu ərazisində yolu keçən 30-35 yaşlarında kişi Bakı şəhər sakini O.Həsənovun idarə etdiyi “Volkswagen” markalı avtomobillə vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-09-12 15:00:00