Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Jair Bolsonaruya

Hörmətli cənab Prezident,

Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2020-ci il.

Məktublar 2020-09-05 16:15:00