×
A
A
A
Sazlamalar

Azərbaycanın Müdafiə naziri Moskvada beynəlxalq tədbirdə iştirak edəcək

Bakı, 2 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri Müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak etmək üçün Moskvaya yola düşəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər sentyabrın 6-dək davam edəcək.

Ordu 2020-09-02 15:50:00