×
A
A
A
Sazlamalar

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinə yüksəliblər VİDEO

Bakı, 31 avqust, AZƏRTAC 

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların növbəti günündə “Fərdi sürücülük” mərhələsində iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiya tankçıları ilə yarışlarda fərdi ustalıqlarını nümayiş etdiriblər.
Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 hədəfi məhv edib və marşrut üzrə müəyyən olunmuş məsafəni qısa müddətdə keçərək yarımfinal mərhələsinə yüksəliblər.

 

Ordu 2020-08-31 12:48:00

Video