Bu gün Aşuradır
Bakı, 30 avqust, AZƏRTAC
Bu gün Məhərrəm ayının 10-cu günü olan Aşuradır.
AZƏRTAC xəbər verir ki, Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları bu il pandemiya səbəbindən məscidlərdə deyil, Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq.
Aksiya xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməklə, donorların sağlamlığı yoxlanıldıqdan sonra reallaşacaq.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı müraciətində bildirilir ki, koronavirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın qərarına əsasən, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.
Qeyd edək ki, avqustun 21-dən başlayan Məhərrəm ayı oktyabrın 19-da başa çatacaq.
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib
Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat veriblər
DQİDK sədrinin məqaləsi nüfuzlu almandilli xəbər portallarında nəşr olunub