×
A
A
A
Sazlamalar

“Dəniz kuboku” müsabiqəsi davam edir VİDEO

Bakı, 28 avqust, AZƏRTAC 

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycan ərazi sularında keçirilən “Dəniz kuboku” müsabiqəsi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə dövründə komandalar “Üzən minaya artilleriya atışı”, “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” və “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” çalışmaları üzrə bacarıq və vərdişlərini nümayiş etdirərək tapşırıqları yerinə yetiriblər.
Üç mərhələnin yekun nəticələri əsasında beynəlxalq hakimlər briqadasının qərarı ilə Azərbaycan və Rusiya komandaları bərabər bal toplayıblar.
“Dəniz kuboku” müsabiqəsi sentyabrın 5-dək davam edəcək.

Ordu 2020-08-28 18:27:00

Video