Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya

Çox hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, firavanlıq, bütün planlarınızın və təşəbbüslərinizin həyata keçməsini arzulayıram.
Siyasi savadınız və idarəçilik istedadınız Sizə xas olan nəcib keyfiyyətlərlə birlikdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində fəaliyyətinizi Heydər Əliyev Fondunun rəhbəri kimi çoxşaxəli işinizlə uğurla əlaqələndirməyə imkan verir.
Siz haqlı olaraq nəinki doğma ölkənizdə, həm də onun hüdudlarından kənarda dərin hörmət qazanmısınız.
Bu xoş fürsətdən istifadə edib Sizə Həştərxan vilayəti ilə Azərbaycanın dostluq əlaqələrinin və işgüzar tərəfdaşlığının inkişafına göstərdiyiniz hərtərəfli dəstəyə, bu işə verdiyiniz qiymətli töhfəyə görə təşəkkürümü bildirirəm.
Əminəm ki, biz bundan sonra da birgə səylərimizlə qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq əlaqələrimizi davam etdirəcəyik.
Sizə ən xoş diləklərimi bildirir, xoşbəxtlik, uğurlar, tükənməz nikbinlik, Azərbaycan xalqına xidmət kimi nəcib işinizdə yeni nailiyyətlər arzulayıram.
Hörmətlə,

 


İqor Babuşkin
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru

Məktublar 2020-08-27 17:52:00