Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevdən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya

Çox hörmətli Mehriban Arif qızı.
İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.
Parlaq şəxsiyyət, qeyri-adi yaradıcılıq enerjisinə, iti zəkaya və intuisiyaya malik olan istedadlı siyasətçi, dünya səviyyəli ictimai xadim olaraq Sizin adınız doğma ölkənizə fədakarlıqla xidmətin rəmzi, fəaliyyətiniz isə dövlətçilik yolunda parlaq nailiyyətlərə nümunədir. Rusiya ilə qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səyləriniz ən dərin hörmətə layiqdir.
Sizə səmimi qəlbdən böyük xoşbəxtlik, cansağlığı və firavanlıq arzu edirəm. Qoy, Sizin evinizdə həmişə sülh və həmrəylik ab-havası duyulsun, bütün işləriniz uğurlu olsun.
Dərin hörmətlə,

 


Dmitri Savelyev
Rusiya Federasiyası Dövlət Dumasının deputatı,
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri

Məktublar 2020-08-27 17:20:00