×
A
A
A
Sazlamalar

Moldova Respublikasının Prezidenti Zati-aliləri cənab İqor Dodona

Hörmətli cənab Prezident.

Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bizim ölkələrimizi sıx dostluq və əməkdaşlıq telləri bağlayır. Əminəm ki, Azərbaycan ilə Moldova arasında bu xeyirxah ənənələrə əsaslanan münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
Fürsətdən istifadə edərək bildirirəm ki, koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılmasında Azərbaycan xalqı Moldova xalqı ilə həmrəydir.
Sizə möhkəm cansağlığı və uğurlar, dost Moldova xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.
Hörmətlə,

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 avqust 2020-ci il.

Məktublar 2020-08-26 18:44:00