×
A
A
A
Sazlamalar

Ermənistan ordusunun bölmələri Tərtər rayonunun Qapanlı kəndini atıcı silahlardan atəşə tutublar

Bakı, 26 avqust, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozaraq mülki əhalini hədəfə alıb.
AZƏRTAC xəbər verir ki, hər zaman olduğu kimi, xaincəsinə təxribatlara əl atan və yaşayış məntəqələrini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-da səhər saat 05.00 radələrində işğal olunmuş ərazilərimizdəki mövqelərindən Tərtər rayonunun Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar.
Atılan güllələr kənd sakini Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, mənzilin pəncərə şüşələrini sındırıb.

Ordu 2020-08-26 12:02:00