Türkiyənin Konya vilayətində iki min il tarixi olan bənd aşkarlanıb
İstanbul, 25 avqust, AZƏRTAC
Türkiyənin Konya vilayətinin Bozdağ Milli Parkının ərazisində təxminən iki min il əvvəl Roma İmperiyası tərəfindən inşa edilən su anbarına aid bənd aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, uzunluğu 110, hündürlüyü isə 10 metr olan bənd 2017-ci ildə başladılan “Milli park və ətrafındakı tarixi yerlərin araşdırılması” layihəsi çərçivəsində tapılıb. Araşdırmalar təxminən 60 min kvadratmetr ərazini əhatə edir. Bəndin Roma İmperiyası tərəfindən ordunun buradan keçidi zaman su ehtiyacını qarşılamaq məqsədilə tikildiyi ehtimal olunur.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib