×
A
A
A
Sazlamalar

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində hədəfləri sərrastlıqla məhv ediblər VİDEO

Bakı, 24 avqust, AZƏRTAC 

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların ilk günündə uğurla çıxış ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə güclərini sınayıblar.
Tankçılarımız müsabiqənin şərtlərinə əsasən, sərrast atəşlə üç şərti hədəfi məhv edərək, marşrut üzrə müəyyənləşdirilən məsafəni qısa müddətdə qət ediblər.

Ordu 2020-08-24 17:45:00

Video