Tokio üzərində odlu dairə müşahidə edilib
Tokio, 22 avqust, AZƏRTAC
Yaponiya paytaxtının sakinləri avqustun 21-də Tokio üzərində səmadan düşən odlu dairənin şahidi olublar.
AZƏRTAC xəbər verir ki, NHK telekanalının Yaponiyanın ən hündür “Tokyo Sky Tree” qülləsində yerləşən kamerası həmin hadisəni yerli vaxtla saat 22:30-da qeydə alıb.
Tokio və Yamanaşi prefekturalarında avtomobil kameralarının da qeydə aldığı həmin görüntülərdə odlu dairənin düşməsi aydın müşahidə olunub.
Bu hadisənin videogörüntüləri sosial şəbəkələrdə artıq geniş yayılıb.
Xatırladaq ki, Yaponiya ərazisi üzərində ötən ay da belə odlu dairə müşahidə olunmuşdu. Sonradan Tokio yaxınlığındakı parklardan birində Yerə düşmüş həmin meteorun iki parçası aşkar edilmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib