×
A
A
A
Sazlamalar

ABŞ və Polşa arasında hərbi əməkdaşlığa dair saziş imzalanıb

Bakı, 15 avqust, AZƏRTAC

Vaşinqton və Varşava respublikada ABŞ-ın hərbi varlığını gücləndirəcək hərbi əməkdaşlıq barədə saziş imzalayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sənədə ABŞ tərəfindən dövlət katibi Mayk Pompeo, Polşa tərəfindən isə Milli Müdafiə naziri Mariuş Blaşak qol çəkib.
Saziş iki ölkənin prezidentləri Donald Tramp və Anjey Duda tərəfindən ötən il Vaşinqtonda əldə olunan deklarasiya çərçivəsində imzalanıb.
Sənəd Birləşmiş Ştatların Polşadakı hərbi kontingentinin sayının min nəfər artırılmasını, həmçinin ABŞ Quru Qoşunlarının Beşinci korpusunun komandanlığının respublikada yerləşdirilməsini nəzərdə tutur.
Qeyd edək ki, hazırda Polşada təxminən 5 minə yaxın amerikalı hərbçi dislokasiya olunub.
Polşa Prezidenti Anjey Duda ABŞ-la hərbi əməkdaşlığın Şərqi Avropanın təhlükəsizliyinin gücləndirilməsi üzrə vacib addım olduğunu bildirib.

Dünya 2020-08-15 15:31:00