×
A
A
A
Sazlamalar

Abşeron rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkarlanıb

Bakı, 15 avqust, AZƏRTAC 

Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının Ceyranbatan qəsəbəsində keçirdikləri tədbir zamanı Rövşən Rufullayevin işlətdiyi “Xançinar” restoranında müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 11 müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq polis idarəsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Restoranın sahibi 3 min, digər şəxslər isə 200 manat məbləğində cərimə olunublar.

Hadisə 2020-08-15 15:16:00