×
A
A
A
Sazlamalar

Sabirabad rayon sakinlərindən çətənə kolları və iki kiloqrama yaxın marixuana götürülüb

Bakı, 15 avqust, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Əlicanlı kəndi ərazisində kənd sakinləri Ş.Xəlilov və əvvəllər məhkum olunmuş R.İsmayılov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 13 çətənə kolu və 1,9 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2020-08-15 15:14:00