×
A
A
A
Sazlamalar

Paytaxtın Yasamal və Binəqədi rayonlarında səkkiz evdən qızıl-zinət əşyaları oğurlayan şəxslər yaxalanıblar

Bakı, 15 avqust, AZƏRTAC 

Paytaxtın Yasamal və Binəqədi rayonlarında səkkiz evdən qızıl-zinət əşyaları oğurlayan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin əməkdaşlarının oğurluğa görə tutulmuş S.İsmayılovla bağlı apardıqları əməliyyat tədbirləri ilə onun paytaxtın Yasamal və Binəqədi rayonlarında səkkiz evdən ümumilikdə 15 min 850 manat, 10 min ABŞ dolları məbləğində pul və 15 min 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2020-08-15 13:46:00