×
A
A
A
Sazlamalar

Bakı polisi: Qadına qarşı zorakılıq edilməsi barədə yayılan iddialar əsassızdır

Bakı, 15 avqust, AZƏRTAC 

Sosial şəbəkələrdə Nizami rayonu ərazisində, Qara Qarayev prospektində mülki şəxslər tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hər hansı cinayət xarakterli hadisə qeydə alınmayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə dünən axşam saatlarında Qara Qarayev prospektində yaşayan qadına qarşı zorakılıq edilməsi ilə bağlı məlumatlar yayılıb.

 

Hadisə 2020-08-15 13:16:00