×
A
A
A
Sazlamalar

Zaqatalada qaydaları pozan velosipedçilər cərimələniblər

Bakı, 15 avqust, AZƏRTAC

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, reyd zamanı avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan velosipedçilər saxlanılıblar. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu diqqətə çatdırılıb.
Reydlərdə qaydalara əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, onlar cərimələniblər.

Hadisə 2020-08-15 12:48:00