×
A
A
A
Sazlamalar

Yeni antirekord: Ukraynada bir gün ərzində 1800-dən çox COVID-19-a yoluxma qeydə alınıb

Kiyev, 15 avqust, AZƏRTAC

Ukraynada bir gün ərzində COVID-19-a yoluxma üzrə yeni antirekord qeydə alınıb: son 24 saat ərzində ölkədə 1.847 belə hadisə baş verməsi təsdiq edilib. Xarkov, Çernovitsk vilayətlərində və Kiyevdə yeni yoluxma halları daha çox olub.
AZƏRTAC xəbər verir ki, bu rəqəmlər Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatlarına əsaslanır.
Pandemiyanın əvvəlində bu ölkədə 89.719 nəfərin COVID-19-a yoluxması, onlardan 47.430 nəfərin, o cümlədən son gün ərzində 633 nəfərin sağalması, həmçinin 2044 nəfərin, o cümlədən dünən 33 nəfərin vəfat etməsi bildirilir.
Son bir gün ərzində ən çox yeni yoluxma halları Xarkov (254), Çernovitsk (170), Lvov (166) vilayətlərində və Kiyevdə (232) qeydə alınıb.
Bir qədər əvvəl prezident Vladimir Zelenski bildirib ki, ölkə ikinci dalğa həddindədir, buna görə təhlükəsizlik tədbirlərinə və karantin qaydalarına daha diqqətlə yanaşmaq tövsiyə olunur.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-08-15 12:22:00