×
A
A
A
Sazlamalar

Mingəçevirdə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 15 avqust, AZƏRTAC 

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Rayiv Nəzərov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evdən və həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən 26 kiloqrama yaxın çəkisi olan 8 çətənə kolu, eləcə də 4 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. R.Nəzərov narkotik vasitəni may ayında əkib-becərdiyini, onun yarpaqlarını yığaraq qurutduğunu bildirib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisə 2020-08-15 11:32:00