×
A
A
A
Sazlamalar

Yasamal kitabxanası oxucu-kitabxanaçı ünsiyyətini virtual qaydada davam etdirir

Bakı, 15 avqust, AZƏRTAC

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları ənənəvi oxucu-kitabxanaçı ünsiyyətini virtual qaydada davam etdirirlər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, izləyicilərin vaxtlarını səmərəli keçirmələri üçün kitabxana indiyəcən müxtəlif adda layihələr reallaşdırıb. Layihələr sırasına kitabxananın əməkdaşlarının təqdim etdiyi “Mövzudan-mövzuya” adlı yenisi də əlavə edilib. Bundan sonra sözügedən layihə çərçivəsində yeni mövzularda hazırlanan məlumat xarakterli videoçarxlar və söhbətləri izləmək mümkün olacaq.

Mədəniyyət 2020-08-15 11:02:00