×
A
A
A
Sazlamalar

Yeddi ayda Azərbaycanda 15,8 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb

Bakı, 15 avqust, AZƏRTAC

Yanvar-iyul aylarında Azərbaycanda 20 milyon 632,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 22 milyard 246,4 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 15 milyard 897,7 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 7 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,1 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 4,5 faiz azalıb.
Ölkədə əmtəəlik neft istehsalı 6,5 faiz azalıb, qaz hasilatı isə 13,3 faiz artıb.

Neft - qaz 2020-08-15 10:32:00