Azərbaycan Televiziyasında ilk dəfə: “Xocalı - bir millətin kədəri” filmi nümayiş olunacaq
Bakı, 15 avqust, AZƏRTAC
Bu gün saat 21:30-da Azərbaycan Televiziyasında ilk dəfə: “Xocalı - bir millətin kədəri” filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, “Xocalı – bir millətin kədəri” adlı sənədli filmi 1988-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğalı, 1992-ci il fevralın 26-da Ermənistan ordusunun Xocalı şəhərində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşilik və soyqırımı aktı, Xocalı soyqırımı haqqında həqiqətlərin gizlədilməsi istiqamətində Ermənistanın və onun müxtəlif dairələrinin fəaliyyətinin və erməni yalanlarının ifşa olunması haqqındadır.
Sənədli filmin əsas səciyyəvi xüsusiyyətlərindən biri də Xocalıdan yeni videomaterialların filmin istehsalında istifadə olunmasıdır. Bu baxımdan, yeni film Azərbaycanda Xocalının bütün tarixi dövrlərini və 26 fevral 1992-ci il soyqırımını videoarxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış real tarixdir.
“Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev filmin 3 dildə - Azərbaycan, ingilis, rus dillərində istehsal olunduğunu, cari ilin sonunadək isə daha 2 dilə - türk və fransız dillərinə tərcümə olunacağını bildirib.
Filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyev, ssenari müəllifi Birləşmiş Krallıqdan olan araşdırmaçı jurnalist İan Piert, məsləhətçiləri-Milli Məclisin deputatı Elman Məmmədov, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, tarixçi–alim Ramin Əlizadə və Natiq Alışov, quruluşçu rejissoru Teymur Nəcəfzadə, operatorları Pərviz Əliyev və Cahid Əliyevdir. Filmi Azərbaycan dilində Elşən Rüstəmov səsləndirib.
Qeyd edək ki, film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilib.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir