Tomas Müller UEFA Çempionlar Liqasında rekorda imza atıb
Bakı, 15 avqust, Nicat Məmmədov, AZƏRTAC
Avqustun 14-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin mərkəzi qarşılaşmasında - “Bavariya” və “Barselona” klubları arasında keçirilən görüşdə bir neçə rekord qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu oyun Münxen təmsilçisinin futbolçusu Tomas Müller üçün əlamətdar olub. Belə ki, alman forvard oyunda dubl edərək UEFA Çempionlar Liqasının altı oyununda beş qol vuran üçüncü futbolçu olub. O, bu göstəriciyə görə “Milan”nın sabiq futbolçusu və Ukrayna millisinin hazırkı baş məşqçisi Andrey Şevçenkonu qabaqlayıb.
Həmçinin bu oyunda digər rekord “Bavariya”ya məxsusdur.
Münxen klubu UEFA Çempionlar Liqası tarixində pley-off matçında bir oyunda 8 qol vuran ilk komanda olub. Bu qalibiyyətlə “Bavariya” mövsümdəki qollarının sayını 39-a çatdırıb.
Qeyd edək ki, "Bavariya" növbəti mərhələdə "Mançester Siti" (İngiltərə) – "Lion" (Fransa) cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər oyununda isə “PSJ” (Fransa) və "Leypsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Görüşlər müvafiq olaraq avqustun 18 və 19-da keçiriləcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir