×
A
A
A
Sazlamalar

Son sutka ərzində Pakistanda koronavirusdan 14 nəfər dünyasını dəyişib

İslamabad, 14 avqust, AZƏRTAC

Son sutka ərzində Pakistanda COVID-19-a 626 nəfər yoluxub və pandemiya dövründə bu xəstəliyə tutulanların ümumi sayı 287 min 300-ə çatıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son 24 saatda koronavirusdan 14 xəstə vəfat edib və ölənlərin ümumi sayı 6153 nəfərə olub.
Hazırda xəstəxanalarda 15 min 932 pasiyent var, onlardan 783-nün vəziyyəti ağırdır.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Dünya 2020-08-14 23:24:00