×
A
A
A
Sazlamalar

Ümumdünya Şahmat Olimpiadası: İkinci divizionda ilk günün oyunları keçirilib

Bakı, 15 avqust, AZƏRTAC
Avqustun 14-də Ümumdünya Şahmat Olimpiadasının ikinci divizionunda ilk günün oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, A qrupunda Almaniya (12 xal), B qrupunda Slovakiya və Rumıniya (hərəyə 13 xal), C qrupunda İspaniya (13,5 xal), D qrupunda Türkiyə (15,5 xal), E qrupunda Macarıstan (10 xal) komandaları liderliyi ələ alıblar. Qeyd edək ki, bu mərhələdə 5 qrupda 50 komanda mübarizə aparır.
İkinci divizionun oyunları avqustun 16-dək davam edəcək. Olimpiada çərçivəsində artıq baza, dördüncü və üçüncü divizionların oyunları keçirilib.
Turnirə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.
Olimpiada avqustun 30-dək davam edəcək.

İdman 2020-08-14 22:53:00