Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 83 miqrant saxlanılıb

İstanbul, 14 avqust, AZƏRTAC

Türkiyənin Muğla vilayətinin Datça rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 83 miqrant saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan miqrantların üç rezin qayıqla Yunanıstana keçmək istədikləri müəyyən edilib.
Aralarında qadınların və uşaqların da olduğu miqrantlar tibbi müayinədən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-08-14 22:06:00