×
A
A
A
Sazlamalar

Moldova çempionatında müvəqqəti fasilə elan olunub

Bakı, 14 avqust, AZƏRTAC

Futbol üzrə Moldova çempionatı müvəqqəti olaraq dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyanın (MFF) rəsmi saytı məlumat yayıb.
Koronavirus pandemiyası səbəbindən milli divizionda sentyabrın 11-dək fasilə elan olunub. Klubların müraciətindən sonra MFF çempionatın 9-10-cu turlarını təxirə salıb.

 

İdman 2020-08-14 18:52:00