×
A
A
A
Sazlamalar

Yabanı halda bitmiş bir tondan çox çətənə kolu məhv edilib

Bakı, 14 avqust, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisində 7 hektar torpaq sahəsində yabanı halda bitmiş 1,2 tona yaxın 4170 çətənə kolu Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkarlanaraq məhv edilib.

Hadisə 2020-08-14 18:36:00