×
A
A
A
Sazlamalar

İran tankerlərinin həbs edilməsi xəbərini təkzib edir

Tehran, 14 avqust, AZƏRTAC
ABŞ hərbçilərinin İrana məxsus 4 tankeri həbs etməsi haqqında dolaşan xəbərlər həqiqəti əks etdirmir.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla İranın Venesueladakı səfiri Höcətullah Sultani çıxış edib. O bildirib ki, İrandan Venesuelaya benzin daşıyan 2 tanker yükü boşaltdıqdan sonra İrana qayıdıblar.
Qeyd edək ki, ABŞ-da dərc olunan “The Wall Street Journal” qəzetində dünən İranın 4 tankerinin həbs edilməsi haqqında xəbər dərc olunub. Lakin İran tərəfi bu xəbəri təkzib edib və heç bir tankerinin həbs edilmədiyini bildirib.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-08-14 18:25:00