×
A
A
A
Sazlamalar

Salyan sakininə məxsus təsərrüfatdan dörd kiloqramdan çox marixuana aşkar edilib

Bakı, 14 avqust, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xələc kənd sakini M.Əmirova məxsus yardımçı təsərrüfata baxış zamanı 4 kiloqram 20 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-08-14 17:57:00