×
A
A
A
Sazlamalar

Meyvə-tərəvəz ixracı cüzi artıb

Bakı, 14 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında ölkədən 353,5 min ton meyvə-tərəvəz ixrac olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə ixrac edilən meyvə-tərəvəzin dəyəri 359,6 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin yeddi ayında 345,3 milyon dollar dəyərində 345,1 min ton meyvə-tərəvəz ixrac edilib.

İqtisadiyyat 2020-08-14 17:21:00