×
A
A
A
Sazlamalar

“Mercedes” Formula E-də dubla imza atıb

Bakı, 14 avqust, AZƏRTAC

Formula 1-in sabiq sürücüsü Stoffel Vandorn Formula E yarışlarında ilk qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, S.Vandorn qələbəsini Berlində keçirilmiş 2019-2020-ci il mövsümünün final yarışında əldə edib. O, 45 dəqiqə davam edən yarışın çox hissəsində liderlik edib. iki dəfə Sebasten Buemidən geri qalsa da, sonra isveçrəli sürücünü üstələyə bilib. Sonda S.Buemi təkcə F.Vandorndan yox, eyni zamanda, “Mercedes”in digər sürücüsü Nik De Vrisdən də geri qalıb.
Beləliklə, “Mercedes” Formula E-də yalnız ilk qələbəsini qazanmayıb, həm də dubla imza atıb.

İdman 2020-08-14 16:31:00