×
A
A
A
Sazlamalar

Trend Aleksander-Arnold İngiltərə Premyer Liqasının ən yaxşı gənc futbolçusu seçilib

Bakı, 14 avqust, AZƏRTAC

Futbol üzrə İngiltərə çempionatının ötən mövsümünün ən yaxşı gənc oyunçusu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, idman ictimaiyyəti və jurnalistlərin qatıldığı səsvermədə “Liverpul” klubunun müdafiəçisi Trend Aleksander-Arnold bütün rəqiblərini geridə qoyaraq bu nominasiyada qalib olub.
İngilis futbolçu Jek Qriliş (“Aston Villa”), Din Henderson (“Şeffild Yunayted”), Meyson Qrinvud, Antoni Marsyal, Markus Reşford ( hər üçü “Mançester Yunayted”), Meyson Maunt və Kristian Pulişiçi (hər ikisi “Çelsi”) qabaqlayıb.
Futbolçu ötən mövsümdə 38 oyunda meydana çıxıb, 4 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman 2020-08-14 16:27:00