Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Səbail rayonunda karantin qaydalarını pozaraq fəaliyyət göstərən daha bir uşaq bağçası aşkarlanıb VİDEO

Bakı, 14 avqust, AZƏRTAC 

Paytaxtın Səbail rayonunun Lermontov küçəsi 119 ünvanında yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları məlumat daxil olan kimi həmin ünvana yollanıblar. Baxış zamanı ünvanda yaşayan Cahan Kərimovanın karantin qaydalarını kobud surətdə pozaraq bağça təşkil etdiyi məlum olub. Mənzilə baxış zamanı 10 azyaşlı uşaq müəyyən edilib və onlar valideynlərinə təhvil veriliblər.
Bağçanın sahibinə polislər tərəfindən ciddi xəbərdarlıq edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, cərimələnib.
Övladlarının sağlamlıqlarını risk altına qoyan valideynlər də məsuliyyətdən yayına bilməyiblər. Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və onlar da cərimə olunublar.

Hadisə 2020-08-14 15:16:00

Video