Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İmişli sakininin yaşadığı evdən tapança və patronlar aşkarlanıb

Bakı, 14 avqust, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında reallaşdırdıqları əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhər sakini N.Məmmədovun yaşadığı evə baxış keçiriblər.
Evdən nömrəsiz “AKS-47” markalı avtomat, 5 patron darağı, müxtəlif çaplı 167 patron, “ME-800 General” markalı qaz tapançası, “Agent” markalı qaz-siqnal tapançası və ona aid 3 patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2020-08-14 15:14:00