Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nizami rayonunda beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı beş nəfər təxliyə olunub

Bakı, 14 avqust, AZƏRTAC 

Paytaxtın Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın xarici divarında quraşdırılan bacada yağ qalıqları və elektrik kabelinin 10 poqonmetrlik hissəsi yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın birinci mərtəbəsində olan dönərxana və bina yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2020-08-14 14:35:00