Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Bakı, 14 avqust, AZƏRTAC

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin - Bakı Apellyasiya Məhkəməsinin sədri İ.Nağıyevin və Milli Məclis Aparatının rəhbəri S.Mirzəyevin, mütəxəssis Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin yazılı mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsi xüsusi prosedur qaydalarını müəyyən edərək işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin statusunu və kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərə alaraq göstərilən şəxslərin məhkəməyə müraciət etmək hüququnun təmin olunma vasitəsi kimi çıxış edir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Sosial 2020-08-14 13:31:00