×
A
A
A
Sazlamalar

Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıblar

Bakı, 14 avqust, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) üç məzunu Almaniyanın nüfuzlu DAAD (Alman Akademik Mübadilə Xidmətinin) təqaüdünü qazanıb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, kimya mühəndisliyi ixtisasının məzunları Nərmin Baxışova Hamburq Universitetində, Əsəd Əsədli və Sahib Abdullayev isə Friedrix-Aleksander Erlanqen-Nürnberq Universitetində magistratura pilləsi üzrə təhsil alacaqlar. Təqaüd proqramı çərçivəsində onların yaşayış və təhsil xərcləri qarşılanacaq.
Ali məktəbin 2019-cu il məzunları Nərmin Baxışova hazırda İtaliyanın “Maire Tecnimont” şirkətlər qrupunun “TCM KT JV Azərbaycan” MMC-də layihə üzrə kiçik mühəndisi, Sahib Abdullayev isə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə proses mühəndisi işləyir.
Qeyd edək ki, Azərbaycandan təqaüd üçün seçilmiş 25 nəfərdən 3-ü məhz BANM-in məzunudur.
Xatırladaq ki, DAAD gənclərə Almaniya daxili və xaricində beynəlxalq təhsil və tədqiqat təcrübəsini toplamağa imkanı yaradan Akademik Mübadilə Xidmətidir.

Elm və təhsil 2020-08-14 12:17:00