Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Binəqədi rayonunda bıçaqlanan şəxsin  xəstəxanada ölməsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 12-də 1952-ci il təvəllüdlü Hüseyn Məmmədova Binəqədi rayonu ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqla xəsarət yetirilməsi və onun aldığı xəsarətlər nəticəsində avqustun 13-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Binəqədi Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin olunub.
Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilərək tutulub istintaqa cəlb olunması istiqamətində hazırda prokurorluq və polis əməkdaşları tərəfindən intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə 2020-08-14 11:43:00