×
A
A
A
Sazlamalar

Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib

Bakı, 14 avqust, AZƏRTAC

Cari il avqustun 21-dən 25-dək keçirilməsi nəzərdə tutulan müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həmin tarixlərdə Azərbaycan dili, musiqi, fiziki tərbiyə və ibtidai sinif müəllimliyi üzrə test imtahanı keçiriləcək.
Digər fənlər, həmçinin ibtidai sinif müəllimliyi üzrə keçiriləcək növbəti imtahanların tarixi barədə məlumatlar hissə-hissə şəxsi səhifələrə göndəriləcək.

Elm və təhsil 2020-08-14 10:56:00