×
A
A
A
Sazlamalar

Dilçilik İnstitutunun Elmi katibi beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi, dosent Aynel Məşədiyeva Türkiyənin “Dərgipark” platformasına daxil olan “Oğuz türkcəsi araşdırmaları dərgisi” beynəlxalq indeksli jurnalın redaksiya heyətinə üzv seçilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ildə bir dəfə nəşr edilən elmi jurnal dünyanın nüfuzlu elmi informasiya bazalarında indeksləşir.
Beynəlxalq jurnalda Oğuz qrupu türk dilləri və dialektləri, yazılı abidələri, əski Anadolu türkcəsi, Anadolu dialektləri, dilçilik, əski türk ədəbiyyatı, türk xalq ədəbiyyatı, yeni türk ədəbiyyatı üzrə dünyada aparılan araşdırmaların nəticələri, elmi məqalələr dərc edilir.

Elm və təhsil 2020-08-14 10:24:00