×
A
A
A
Sazlamalar

Piyadanı maşınla vuran sürücü hadisə yerindən qaçıb

Xırdalan, 14 avqust, AZƏRTAC

Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 56 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Rayon polis idarəsindən AZƏRTAC-a bildirilib ki, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən yayınıb. Polis ölən qadının şəxsiyyətini təyin edib. O, Naxçıvan sakini 1964-cü il təvəllüdlü Ələkbərova Tərlan Qəmbər qızıdır.
Hadisənin törədən sürücünün müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Hadisə 2020-08-14 10:11:00