×
A
A
A
Sazlamalar

Astarada kənd təsərrüfatı bitkilərinin yığımı davam edir

Astara, 14 avqust, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunun təsərrüfatlarında kartof, tərəvəz, meyvə və bostan məhsullarının yığımı davam edir. Avqustun 1-dək məhsul istehsalçıları kartof əkilmiş 1034 hektar sahənin 976 hektarının məhsulunu yığaraq, 7667,6 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 78,5 sentner olub.
Bu barədə Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Bildirilib ki, indiyədək tərəvəz əkilmiş 2037,1 hektar sahənin 1512,3 hektarının məhsulu yığılıb, 16672,5 ton tərəvəz məhsulları istehsal edilib. Hər hektardan götürülən məhsuldarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 sentner artıb.
Bu dövrdə rayonda, həmçinin 2802,2 ton bostan məhsulları, 472,1 ton meyvə, 393,3 ton yaşıl çay yarpağı istehsal olunub.

Kənd təsərrüfatı 2020-08-14 08:23:00