×
A
A
A
Sazlamalar

“BP Azerbaijan” altı ayda SOCAR-a 1,3 milyard kubmetr səmt qazı verib

Bakı, 13 avqust, AZƏRTAC

Bu ilin birinci yarısında “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 6,9 milyon kubmetr, ümumilikdə isə 1,3 milyard kubmetr səmt qazı verib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Bu barədə AZƏRTAC-a “BP Azerbaijan”dan bildirilib.

Neft - qaz 2020-08-13 15:50:00